Azərbaycan Mərkəzi Bankı 20 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Yenicag.az-a verilən məlumata görə, iyunun 20-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9671 manat təşkil edir.
1 türk lirəsi 0,3577 manat, 1 rus rublu 0,0267 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6911 manatdır.