!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarici vətəndaşlardan 585 kq 840,908 qram narkotik maddə müsadirə edildi

!Reklam – Yazi

2019-cu ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 1687 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 6 aylıq hesabatında bildirilib.

Məsuliyyətə cəlb olunanlar arasında 18 yaşadək 5 nəfər, 18-25 yaş 130 nəfər, 26-29 yaş 253 nəfər, 30 yaşdan yuxarı isə 1299 nəfər təşkil edir. Onlardan 160 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i orta ixtisas tələbəsi, 412-si əvvələr cinayət törətmiş, 5-i əvvəllər xüsusi qeydiyyatda olan, 1141-i işləməyən, 1636-sı kişilər, 38-i qadın, 56 nəfəri isə xarici ölkə vətəndaşıdır.

Əcnəbilərdən 40-ı İran İslam Respublikası, 5-i Gürcüstan, 4-ü Rusiya, 2-si Türkiyə, 2-si Ukrayna, 2-si Pakistan, 1-i Braziliya vətəndaşıdır. Qeyd olunan xarici ölkə vətəndaşlarından ümumilikdə 585 kq 840,908 qram narkotik vasitə götürülüb.

COP29

www.yenicag.az

1555
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv