!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarici vətəndaşların Azərbaycan torpaqlarına SƏFƏRİ: "Qıcıq doğuran məsələlər..." - İlham İsmayıl

!Reklam – Yazi

“Sülhməramlılara bildirdiyimiz iradların təcrübədə effekti yoxdur. İradları sülhməramlılara deyil, Rusiya dövlətinə – Vladimir Putinə, Sergey Şoyquya, Sergey Lavrova çatdırmaq lazımdır”.

Bu sözləri prezident İlham Əliyevin sülhməramlılarla bağlı səsləndirdiyi fikirlərə və Xankəndinə girişin yoxlanılmaması, getmək istəyənlərə isə təzyiqin edilməsinə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, dövlət başçısı məsələlərə obyektiv qiymət verib:

“Sülhməramlıların atəşkəsə nəzarət etmək baxımından işi müsbət qiymətləndirildi. Ancaq qıcıq doğuran məsələlər var. Qıcıq doğuran məsələlər 10 noyabr bəyanatındakı razılaşmanın pozulması, üçnücü dövlət vətəndaşlarının Qarabağa gəlişinə icazə verilməsidir. Prezident də bu məsələlərə əməl olunmamasına təəssüfünü bildirdi.

Təqdirəlayiq hal ondan ibarətdir ki, əməliyyat şəraiti haqqında Azərbaycan dövlətinin kifayət qədər informasiyası var. Təqdirəlayiq digər hal oldur ki, çıxışla bağlı faiz, nə qədər maşının yoxlanılması, birdəfəlik çıxıb gedənlərə maneçilik törədilməsi, orada nə qədər insanın yaşadığı barəsində Azərbaycan tərəfi ciddi informasiyaya malikdir. Bu istiqamətdə Müdafiə Nazirliyi diplomatik qaydada etirazların bildirildiyini nəzərə çatdırdı. Bunlar müsbət tərəflərdir.

Məsələnin başqa bir tərəfinə də diqqət yetirmək istəyirəm. Bütün bunlara baxmayayaraq, Ermənistanın Turizm Nazirliyi iki gün bundan əvvəl informasiya yaydı ki, 1 yanvar 2021-ci ildən 31 dekabr 2021-ci ilə qədər 4391 nəfər xarici vətəndaş Xankəndinə gəlib. Yəni, Azərbaycan ərazisinə daxil olub. Bu, faktiki gündə ən azı 20 nəfər deməkdir. Bu o deməkdir ki, xarici vətəndaşlar Azərbaycan ərazisinə girib-çıxır. Xarici vətəndaşlar əlində çiçək gəlmir, başında ideolji məsələlər, əlində silah və cibində pul gələnlər var. Bunları sadəcə, Müdafiə Nazirliyi səviyyəsində Rusiya sülhməramlılarına çatdırmaq yetərli deyil”.

Səxavət Məmməd

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv