Xarkovda güclü partlayış-3 nəfər həlak oldu

media-hightechnic-468x90

Partlayish-3Ukraynanın Xarkov şəhərində dinc yürüş zamanı partlayış törədilib.Yenicag.az apa-ya istinaədən xəbər verir ki, prokurorluq partlayış nəticəsində 3 nəfər həlak olduğunu, 15 nəfərin isə yaralandığını açıqlayıb.

media-banner_tkm

Ölənlərdən biri, yaralananlardan isə 5-i milis əməkdaşıdır.
Fevralın 22-də Avromaydanın ildönümü münasibətilə keçirilən din yürüşə 500-dək insan qatılıb. Partlayış iştirakçılar yürüşə başlamaq istədikləri anda baş verib.
Xarkov vilayət Prokurorluğu faktla bağlı terror aktı maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Prokurorluqdan bildiriblər ki, İdman Sarayı yaxınlığında baş verən partlayış əldəqayırma partlayıcı ilə törədilib. “Partlayış əvvəldən planlaşdırılıb”, – deyə prokurorluqdan bildirilib.
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) partlayışla əlaqədar artıq saxlanılanların olduğunu açıqlayıb. UTX rəhbərinin müşaviri Markian Lubkivski bildirib ki, saxlanan şəxslərin baş vermiş terror aktında əli olduğu güman edilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05