Xatundan onu həzm edə BİLMƏYƏNLƏRƏ: “Anamın yaxşı bir sözü var…”
Anamın yaxşı bir sözü var, heç bir rəfiqə səni özündən üstün görə bilməz.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xatun “Afaqla Onlar” verilişində deyib.
Son vaxtlar görünüşündə dəyişiklik edib, gözəlliyinə gözəllik qatan müğənni onu həzm edə bilməyən dostlarının sayının artdığını da bildirib:
“Bəzi sənət dostların səni özünə rəqib görmür. Başlayır, səninlə şirin-şirin danışmağa. Sən də elə bilirsən, səni çox istəyirlər, amma belə deyil. Gəlib şəkil çəkdirir ki, paylaşacağam, amma heç paylaşmır da. Sən mənim dostumsansa, mənim xoş günümə sevinməlisən. Həmkarlarımın onsuz da məni görən gözləri yoxdur, amma sonradan dəyişən, başqa cür adam olanlardan biri aparıcıdır. Baxıram, çox dəyişiblər, həmin insan deyillər. Amma mən onları doğrudan da çox istəyirdim. Lakin dostum da belə olsa, ondan küsərəm, inciyərəm və birdəfəlik silərəm. Anamın yaxşı bir sözü var, heç bir rəfiqə səni özündən üstün görə bilməz. Doğrudan da elədir”.
Nehru