!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xərçənglə mübarizə aparır, dişləri ağardır

!Reklam – Yazi

Limon tərkibindəki C, B6, E və A vitaminləri, turşu, mis və kalsium sayəsində bədənə sağlamlıq qatır.

Limondakı kompleks antioksidantlar xərçənglə mübarizə aparır. Bəs limon dilimlərini yatağınızın yanına qoysanız, bədəninizdə hansı dəyişikliklər ola bilər?

Rahat şəkildə yuxuya getmək üçün yatağınızın yanına bir ədəd limon qoya bilərsiniz.

Limonu götürün, dörddə bir hissəyə bölüb üzərinə duz səpin. Dilimlənmiş limonları yataq otağındakı masanın üzərinə qoyaraq yuxuya gedə bilərsiniz. Bunun bir neçə faydası var:

Gərginliyi azaldır

Stress və digər problemlər rahat yatmağı çətinləşdirir. Araşdırmaya görə, sitrus meyvəsinin qoxusu insanın beyin dalğalarını və duyğularını rahatlaşdırır.

Diqqəti artırır

Diqqəti cəlb etmək üçün limon qoxusu mükəmməl vasitədir.

Daha yaxşı nəfəs alacaqsınız

Yatmağa çalışarkən burnunuz tıxanırsa, antioksidant və antibakterial olan limonun qoxusunun burun dəliklərinizə girməsinə şərait yaradın.

Həşəratları uzaqlaşdırır

Limon ağcaqanadların xoşlamadığı bitkidir. Həm də limon bütün növ böcəkləri məhv edir.

Enerjini artırır və pozitivlik gətirir

Bir çox insan səhərlər oyanmaqda çətinlik çəkir. Limon qoxusu bu baxımdan köməyinizə çatacaq.

Havanı təmizləyir

Limon ətrafa xoş qoxu yaymaqla yanaşı, havanı da təmizləyir. Bir otaqdan boya qoxusunu tez bir zamanda çıxarmaq üçün limondan istifadə edə bilərsiniz.

Qan təzyiqini azaldır

Limon aroması qan təzyiqini aşağı salır. Bir çox insanın yüksək qan təzyiqi olduğunu nəzərə alsaq, limonun insanlar üçün faydalı bitki olduğunu anlamaq çətin deyil.

Limonun digər faydaları isə bunlardır:

– İştahaaçandır. Həzm sistemi xəstəlikləri üçün faydalıdır.

– Ateroskleroz və sərtliyin qarşısını alır.

– Soyuqdəymə, qrip, öskürək şikayətlərini azaldır.

– Qida zəhərlənməsində və həşərat sancmalarında faydalıdır.

– Sidik yollarındakı infeksiyalara qarşı təsirli olur.

– Rahatlaşdırıcı təsiri ilə bədəndəki ağrıları aradan qaldırır, yüksək hərarəti aşağı salır.

– Dəridəki sızanaqlara qarşı effektivdir.

– Ürəkbulanmanı və başgicəllənməni aradan qaldırır.

– Limon suyu qarqara kimi də istifadə olunur. Ağız boşluğunu təmizləyir, dişləri ağardır və diş minasını gücləndirir.

/Publika.az/

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv