Xəstə yatağında olan Əlibaba Məmmədovun SON DURUMU – “Müalicə gedir, amma…”

“Həkimlər dərman yazır, qəbul edirəm, amma səhhətimlə bağlı irəliləyiş yoxdur”.

Bunu sağlıq durumundan danışarkən uzun müddətdir ki, xəstəliklə mübarizə aparan tanınmış xanəndə, xalq artisti Əlibaba Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Xanəndə yeriyə bilmədiyini bildirib:

“Bir eybim var, o da gəzə bilməməyimdir. Bu da yəqin yaşla əlaqədardır. Müalicələrin də xeyri olmur”.

Xalq artisti sənət dostlarının çoxunun dünyasını dəyişdiyini və heç kimlə əlaqə saxlamadığını deyib:

“Az yaşım yoxdur, sənət dostlarımın çoxu dünyasını dəyişib. Xəstəlik başımı necə qarışdırıbsa, musiqi ilə də məşğul ola bilmirəm”.

Cəvahir