“Bilirdim adamı var, mənə xəyanət edir, amma ayıb edirdim, üzünə vurmurdum…”
Yenicag.az xəbər verir ki. bu sözləri şəxsi həyatı ilə bağlı danışan Əməkdar artist, opera səhnəsinin məşhur “Ərəb Zəngi”si Sahibə Əhmədova “Xoş gəldim” verilişində deyib.
Ağır xəstəliklə mübarizə aparan və səhhəti ilə əlaqədar illərdir, səhnədən, efirlərdən uzaq düşən sənətçi ilk dəfə olaraq həyatınnı ən ağır dönəmlərindən bəhs edib:
“Məndə xərçəng aşkarlandı, İranda əməliyyat olundum. Bu gün də xəstəliklə mübarizə apara-apara yaşayıram. Həyat yoldaşım dəfələrlə mənə xəyanət edib, amma bağışlamışam. Baxmayaraq ki, qəlbim bağışlamayıb. 60 yaşım olanda məndən boşandı.
Razılıq verməsəm də, məndən xəbərsiz gedib boşandı, özündən 20 yaş kiçik qızla evləndi. Əvvəllər də bilirdim adamı var, amma üzünə vurmurdum, ayıb edirdim. İki övladım var, ikisi də ailələidir. İndi bir otaqlı, şəraitsiz evdə tək yaşayıram. Səhhətimdə ciddi problemlər var”.
Nehru
www.yenicag.az