Uzun müddət xəstəlikdən əziyyət çəkən tanınmış meyxanaçı Kərim ilk dəfə olaraq efirə çıxıb.
Yeniсag.az xəbər verir ki, ARB-nin “Səhər-səhər” verilişinin çəkiliş heyəti Kərimin evində qonaq olub.
Yaxın dostu Ağamirzə və digər gənc meyxanaçılarla birgə verilişdə qonaq olan Kərim dostu ilə deyişib. Xəstə olmasına baxmayaraq meyxanaçı bu deyişmədə Ağamirzəni “bağlayıb”. Aparıcı Əli Mirəliyev bu mənzərədən zövq alaraq hisslərini qışqıraraq ifadə etdi. O da Ağamirzəyə “Bağladı səni” deyərək Kərimin istedadını alqışlayıb. Meyxanaçı bu deyişməsiylə hər kəsi heyrətə salıb.
Həmin görüntüləri təqdim edirik.
Nehru
www.yenicag.az