Xəstəxanada yanğın – Ölənlər var

Bolqarıstanın paytaxtı Sofiyada Nikolay Piroqov adına xəstəxanada yanğın olub.

Yenicag.az xəbər verir ki, yanğın nəticəsində 2 nəfər ölüb, 60 nəfər xəstəxanadan təxliyyə edilib.

Xəstəxana direktorunun müavini Nikolay Qabrovski yanğında ölən xəstələrin süni nəfəs aparatına qoşulu vəziyyətdə olduqlarını bildirib.

İlkin məlumatlara görə, partlayışa oksigen cihazlarından birindənki zədənin səbəb olduğu güman edilir.