!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəstəxananın direktorları əlbir olub işçilərin maaşlarını mənimsədilər

!Reklam – Yazi

Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş direktorları – Səidə Şahpələngova və Ələkbər Əkbərov, hazırkı maliyyə şöbəsinin müdiri Asif Həsənova hökm oxunub.

Yenicag.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, onlar Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndiriliblər.

Sözügedən şəxslərlə bərabər və eyni maddə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasının sabiq xəzinədarı və terapiya şöbəsinin müdirinə də cəza verilib. Klinikalar

Belə ki, 2007-ci ildən 2022-ci ilin iyul ayınadək Ələkbər Əkbərov, Səidə Şahpələngova və digər təqsirləndirilən şəxslər əlbir olaraq hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən, əmək müqavilələri əsasında 10 nəfəri işə götürərək onların adlarına yazılmış ümumilikdə 206 316 manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyiblər.

Pulun 20 faizi işçilər, qalanı isə baş həkimlər arasında bölünüb.

Məhkəmənin hökmü ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi və direktoru Ələkbər Əkbərova iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub.

Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi və direktoru Səidə Şahpələngova altı il müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib. Asif Həsənova və sabiq xəzinədara beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub.

Xəstəxananın terapiya şöbəsinin müdiri isə beş il müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.

COP29

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv