Xəstəxanaya yerləşdirilən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov hazırda özünü yaxşı hiss edir.
Yenicag.az-a açıqlama verən polkovnik sabah evə buraxılacağını bildirib:
“Yaxşıyam. Sabah iş başında olacam”.
Polkovnik zarafatından da qalmayıb:
“Mənə görə narahat olmayın, qohum-əqrəbaya, hamıya da deyin ki, soyuqdan özlərini qorusunlar. Adama nə olur, elə soyuqdan olur. Həkimlər də nə deyəcək ki? Ya sağaldacaqlar, ya da öldürəcəklər”.
Cəvahir