!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - FOTOLAR

!Reklam – Yazi

Noyabrın 4-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası  Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə  həsr olunmuş  konsert proqramı təşkil olunub.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadənin, Milli Məclisin deputatlarının, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, Milli Müdafiə Universitetinin kursantlarının, ziyalıların və sakinlərin qatıldıqları tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbət açdı. Bildirdi ki, Vətən müharibəsində Xətai rayonundan 67 nəfər Vətən oğlu şəhidlik zirvəsinə yüksəlib. R.Quluyev  Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı dilədi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinə minnətdarlıq ifadə etdi.

Konsertdə tamaşaçılara Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistləri – Emin Kazımzadənin, Yeganə Dünyamalıyevanın, Günay Qasımovanın, Leyla Əliyevanın, Əlimbət Əliyevin, Ruslan Əliyevin, Fərhad Ələkbərovun və Tural Atayevin biri-birindən maraqlı ifaları təqdim edildi.

Şəhid atası, Xalq artisti Əli Nur çıxış edərək qəhrəman əsgər və zabitlərimizin şanlı döyüş yolundan bəhs etdi, Ali Baş Komandana, Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdi.

Sonra isə tanınmış estrada müğənniləri Çinarə Məlikzadə, “Cahan” qrupu, İlhamə Qasımova və Rövşən Binəqədili gözəl ifalarla çıxış etdilər.

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan Zəfər konserti zamanı səhnədə quraşdırılmış ekranda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış film nümayiş etdirildi.

Tədbirdə bədii qiraətçi, Əməkdar artist Azad Şükürov çıxış edərək qarşıdan gələn Zəfər və Bayraq günləri münasibəti ilə xalqımızı ürəkdən təbrik etdi. Vətənə, Azərbaycan Bayrağına həsr olunmuş şeirlər səsləndirdi.

Sonda hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı tamaşaçılara möhtəşəm mahnılarını təqdim etdi.

Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılandı.

www.yenicag.az

79
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv