Gəmidə iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Soltan Soltanova hökm oxunub və o 3 il müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə ötən il Xəzər dənizində Rusiya bayrağı altında üzən “Amur” gəmisində baş verib. Gəmidə matros işləyən Soltan Soltanov aralarında yaranmış mübahisə nəticəsində həmin gəminin motorçusunu bıçaqlayıb.
Faktla bağlı S.Soltanova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
www.yenicag.az