!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzər dənizində köməksiz qalan 2 balıqçı xilas edildi

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə köməksiz qalan 2 balıqçını xilas edib.

Yenicag.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərinin Corat qəsəbəsi yaxınlığında dənizdə (sahildən təxminən 1 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən balıqçılar xilas edilib, qayıq isə yedəyə alınaraq sahilə gətirilib.

www.yenicag.az

1313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv