“Xəzər Lənkəran” bu futbolçudan imtina etdi

media-hightechnic-468x90

Xezer-Lenkaran“Xəzər Lənkəran”la müqavilə imzalayacağı gözlənilən Andrey Saxneviçlə bağlı yekun qərar verilib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, ukraynalı müdafiəçi “ağ-yaşıllar”a lazım olmayıb.

Onun səviyyəsi komandanın məşqçilər korpusunu tam qane etməyib. Bu səbəbdən 26 yaşlı futbolçu ilə müqavilə bağlamağa ehtiyac qalmayıb.

Azərbaycanı tərk edən Saxneviçin karyerasını Rusiyada davam etdirəcəyi gözlənilir. “Xəzər Lənkəran”da bəyənilməyincə, futbolçu ailəsinin yaşadığı Perm vilayətinə üz tutmağa qərar verib.

Qeyd edək ki, Kiyev “Dinamo”sunun yetirməsi olan Saxneviçin son klubu “Metallurq” (Zaporojye) olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600