Bakıda 40 yaşlı kişi dənizdə batıb.
Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1978-ci il təvəllüdlü Liftov Aleksandr Nikolayeviçin Bakı şəhəri, Pirallahı rayonunda dənizdə batması barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Aparılan axtarışlar nəticəsində dənizdə batan şəxsin meyiti tapılıb. Onun cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.