Xəzərin dibi ilə optik kabelin çəkilişi nə vaxt bitir?
Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək optik kabelin çəkilişinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini, rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev məlumat yayıb.
“Tranzit potensialının artırılması məqsədilə Xəzər dənizinin dibi ilə Azərbaycan Respublikasına qədər optik kabelin tikintisinə başlanılıb. Layihənin cari ilin 3-cü rübündə başa çatdırılması planlaşdırılır”, – Madiyev qeyd edib.
Qeyd edək ki, Xəzər dənizində dəniz-geoloji və mühəndis axtarış işlərinə 2025-ci ilin avqust ayında start verilib. Çəkiləcək kabelin ümumi uzunluğu 391 kilometr olacaq. Layihə çərçivəsində yaradılacaq xəttin maksimal ötürmə qabiliyyəti isə saniyədə 400 terabit təşkil edəcək. Bu infrastruktur Orta Dəhliz üzrə rəqəmsal əlaqələrin gücləndirilməsində mühüm rol oynayacaq.












