Xırdalanda avtomobil piyadanı vuraraq ölüdürdü

media-hightechnic-468x90

Xırdalanda avtomobil piyadanı vuraraq ölüdürüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 19-u saat 22 radələrində Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini E.Nəbiyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən şəhər sakini Hüseyn Babazadəni vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa