Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Xızıda 172 ədəd partlamamış hərbi sursat aşkar edildi

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, yanvarın 14-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 172 ədəd partlamamış hərbi sursat (PHS), 172 ədəd partlamış-yanmış mərmi qalıqları və 884 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 305 000 kv.m (30.50 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 114 gün ərzində 25 259 ədəd partlamamış hərbi sursat (PHS), 17 692 ədəd partlamış-yanmış sursat qalıqları və 99 847 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 79 814 669 kv.m (7 981 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1820
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM