!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xocalı hava limanı Rusiya üçün Moskvanın Qızıl Meydanı deyil” – Keçmiş dövlət müşaviri

!Reklam – Yazi

“Sülhməramlılar paradla yox, meşələrdə gizlənən erməni əsgərlərini tutmaqla məşğul olmalıdırlar”.

Bu sözləri İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümü ilə əlaqədar Rusiyanın Xocalıda 9 may paradı keçirmək istəyini dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloq hesab edir ki, 9 May paradının Xocalıda keçirilməsi biabırçı addımdır və bu, Azərbaycanın milli heysiyyatına toxunmaqdır:

“Faşizm üzərində qələbənin ildönümü Azərbaycanda da qeyd olunur. Lakin rus sülhməramlılarının bu günü parad şəkilində keçirmək istəyi əndazəni aşmaqdır. Paradın keçirildiyi yer Azərbaycanın milli hiss və duyğuları, xatirələri ilə bağlı olan və tarixə soyqırımının baş verdiyi ərazi kimi düşən Xocalı hava limanının yaxınlığıdır ki, bu, sözün əsl mənasında xalqımıza qarşı təhqiramiz hərəkət və saymamazlıqdır.

Əslində, rus sülhməramlılarə hansısa qapalı məkanda və ya Xankəndinin mərkəzi meydanında faşizm üzərində qələbə barədə danışa bilər və daha sonra ermənilərin onlara verdiyi tut arağı və çaxırdan içib bayramı təntənəli sürətdə qeyd edə bilərdilər. Lakin rus sülhməramlılarının Xocalıda təntənəli yürüş keçirmək istəyi hiddət doğurur.

Rus sülhməramlılar ölkənin milli müdafiə qüvvələri, Xocalı hava limanı isə Moskvanın Qızıl Meydanı deyil. Yəni Xocalıda paradın keçirilməsi siyasi rəhbərliyin göstərişi ilə baş tutan aksiyadır. Rusiyanın baş paradı həmişə Qızıl Meydanda keçirilib. Sülhməramlılar meşələrdə gizlənən erməni əsgərlərini tutmaqla məşğul olmalıdırlar. Əgər rus sülhməramlılar bayram qeyd etmək istəyirlərsə, bunu bayrama layiq səviyyədə etməlidirlər.

Başqa xalqların hisslərinə toxunan addımların atılması yolverilməzdir. Bu, biabırçı hərəkətdir. Rus sülhməramlıları sülhü müdafiə etməyə gəliblər, yoxsa hərbi parad keçirməyə? Faşizm üzərində qələbə Rusiyadan daha çox Azərbaycanın hesabına baş tutub. Bakı nefti olmasaydı, faşizm üzərində qələbə çalınmayacaqdı. Bəlkə də Rusiyanın taleyi indi başqa cür cərəyan edirdi.

Bunu nəzərə almayıb, soyqırımına məruz qalmış Xocalının bir addımlığında parad keçirilməsi Rusiyanın əzələ nümayiş etdirməsidir. Sənə kim icazə verib ki, Azərbaycan torpaqlarında parad keçirəsən?! Rusiyanın başqa ölkələr üzərində istehzalı davranışları artıq kifayətdir. Onsuz da Rusiya və postsovet məkanındakı bir neçə ölkədən başqa, heç bir Avropa ölkəsi Qələbə Gününü qeyd etmir. Rus sülhməramlılarının məlum addımından sonra artıq heç bir dövlət Qələbə Gününü qeyd etməyəcək”.

Qeyd edək ki, rus sülhməramlıları Xocalı hava limanında 9 may paradının ilk məşqlərini keçiriblər. Parad məşqlərinə təxminən 400 rus hərbçisinin cəlb olunduğu açıqlanıb. Rusiya Müdafiə Nazirliyindən bildirilirb ki, təntənəli yürüşdə hər birində 45-ə qədər hərbçinin olduğu 10-a qədər dəstə keçid edəcək.

Parada hazırlıq təlimlərinə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin əsasını təşkil edən Mərkəzi Hərbi Dairəsinin 15-ci moto-atıcı alayının sülhməramlı heyəti qatılıb. Paradda Rusiyanın İnsani Müdaxilə Mərkəzinin bölmələri, hərbi polis, xüsusi təyinatlı tibbi hissəsi, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri iştirak edəcəklər.

Gülşən Şərif

www.yenicag.az

842
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv