Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xocavənddən 7 ton dəmir çıxarılmasının qarşısı alındı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, noyabr ayının 6-da saat 3 radələrində Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Məmməddərə kəndi ərazisindəki stasionar postda “Shacman” markalı avtomobilin sürücüsü İsmayıl İsmayılova “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsinə məyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən 7 ton dəmir məmulatları və 2 baş heyvan aşkar edilib.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.

www.yenicag.az

164
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100