Xorvatiyada güclü zəlzələ

Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında 5,3 maqnituda gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 05.24-də baş verən zəlzələnin ocağı Zaqrebdən 7 km uzaqlıqda, 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.