Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xoşqədəm ANS-dəki verilişindən getdi

xosqAparıcı Xoşqədəm Hidayətqızı analıq məzuniyyətinə çıxıb.

“Deməsək olmaz” verilişində bu gün sonuncu dəfə aparıcılıq etdiyini deyib. O, bildirib ki, onun aparıcı İradə İsaq əvəz edəcək: “İstəyirəm ki, sizlərə bir söz deyim. Allahın mənə bəxş etdiyi gözəl bir hiss yaşayıram. Çox az bir vaxtda ana olacağam. Ona görə də mən bu gün sonuncu verilişimi apardım. Yəni analıq məzuniyyətinə gedirəm. Fevralda məzuniyyətə getməyi fikirləşəndə verilişi kimə həvalə edəcəyimi çox düşündüm. Çox böyük sevgi ilə bu gün verilişi İradə İsaqa təhvil verirəm. Onu yalnız və yalınız elə ANS-də izləmişəm. Sevinirəm ki, verilişi məndən sonra o aparacaq. Mənə kömək olan, yanımda dayanan, Vahid, Seyfulla və Mirşahin müəllimi qardaş kimi tapdım. Hər zaman tamaşaçılarla olmuşam. Bir-iki ay mənim üçün çətin olacaq. Hər dəfə çalışan bir insan üçün bu çətin haldır. Eyni zamanda çox böyük layihələr hazırlayıram. Beş böyük layihəm var. Yeni mövsümdə geri qayıdacağam. ANS-də mən dostluq gördüm. Yenidən onlarla işləmək ümidi ilə gedirəm. Ana olandan bir müddət sonra səs-küylü layihəmlə qayıdacağam”.

Qeyd edək ki, Doğuşla ailəli olan X.Hidayətqızı yaxın müddətdə əkiz övlad dünyaya gətirəcək.(lent)

Loading...

www.yenicag.az

295
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100