Xoşqədəmdən RƏQSANƏYƏ: “Dağ boyda ata-anamın yasına gəlmədin, hələ bir məndən...”
“Sən Xoşqədəmin dağ boyda ata-anasının yasına gəldinmi ki, indi də məndən nəsə umursan?”
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində müğənni Rəqsanə İsmayılovaya cavab olaraq deyib. Qeyd edək ki, müğənni bir müddət əvvəl həbsdə olduğu zaman aparıcının onunla maraqlanmadığını bildirmişdi.
Aparıcı qarşı tərəfin umu-küsüsünün yersiz olduğunu vurğulayıb:
“Baxdım ki, Rəqsanə xanım açıqlama verib ki, guya Xoşqədəm xanımdan incimişəm, çətin günümdə mənə zəng etməyib, ailəmin yanında olmayıb. Birincisi, mən veriliş çərçivəsində Rəqsanə ilə yaxın olmuşam. Atasını axtarırdı, verilişimə gəlirdi, pis münasibətimiz də olmayıb. Amma bir adam ona sual vermədi ki, ay Rəqsanə, sən Xoşqədəmin dağ boyda ata-anasının yasına gəldinmi?
Apreldə anamı, iyunda atamı itirdim. Ola bilər, Rəqsanə özü gələ bilməzdi, amma qızı, qohum-əqrəbası burada idi. Özü gələ bilməsə də, qohumlarından biri dəlicəsinə sevdiyim ata-anamın yasına gəlmişdimi ki, indi məndən nəsə umur? Amma mən yenə də onlara zəng etmişdim, köməyimi təklif etmişdim. Necə ki, Rəqsanə də vaxtilə “Instagram” səhifəsində mənə başsağlığı vermişdi”.
Nehru












