Xoşqədəmin verilişinin vaxtı bilindi

media-hightechnic-468x90

93348ATV-dən qalmaqalla ayrılan Xoşqədəm Hidayətqızının yeni verilişinin adı məlum olub.

Yenicag.az  xəbər verir ki, həftənin bazar günündən ANS-də yayımlanmağa başlayacaq verilişin adı “Xoşqədəmlə axtarıram səni” olacaq.

Qeyd edək ki, Müəllif Hüquqları Agentliyinin “Səni axtarıram” adı ilə ATV-də yayımlanan verilişlə bağlı qərarına əsasən “Səni axtarıram” əsərinə şəxsi hüquqlar, o cümlədən ssenariyə müəlliflik hüququ Xoşqədəm Hidayətqızına məxsusdur. Bu isə o deməkdir ki, ATV ilə əmək müqaviləsinə xitam verildikdən sonra, o, ssenariyə əsaslanaraq, verilişi digər formatda, o cümlədən digər ad altında hazırlaya və istənilən telekanal vasitəsilə yayımlaya bilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600