Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xoşqədəmin verilişləri bərpa olunacaq – ANS-dən açıqlama

1429031135_xosqedem“Xoşqədəm Baxşəliyevanın “Xoşqədəmlə axtarıram səni” və “Sən tək deyilsən” verilişləri efirə çıxacaq”.

Bu barədə ANS Şirkətlər qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov bildirib. O, sözü gedən verilişin efirə nə vaxt yayınması ilə bağlı dəqiq məlumata malik deyil: “Veriliş efirə qayıdacaq. Amma nə vaxt çıxacaq, onu deyə bilmərəm”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov “Xoşqədəmlə axtarıram səni” və “Sən tək deyilsən” verilişlərinin yayımında təkrar qanun pozuntusu olarsa, sözü gedən qurum tərəfindən yenidən onlara cəza tətbiq ediləcəyini bildirib.

Xatırladaq ki, MTRŞ sentyabrın 30-da keçirdiyi iclasında “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarını 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib(Aznews).

www.yenicag.az

250