Xudatda soyğunçuluq: Oğrular yaxalandılar

media-hightechnic-468x90

Bir nəfər Xaçmaz rayon sakini Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə ərizə ilə müraciət edərək iki nəfər üzdən tanıdığı şəxslərin onun işlədiyi fermaya gələrək onu döydüklərini, ona qarşı qeyri-etik hərəkətlər edərək şəxsiyyətini alçaltdıqlarını və həmin şəxslər tərəfindən ona qarşı soyğunçuluq edilməsi barədə məlumat verib.

media-banner_tuq

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fuad Fərzəliyev və Şabran rayon sakini Ramil Qurbanov saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində zərərçəkmişə qarşı hədə-qorxu gələrək 1 ədəd matorlu mişar, 60 manat pul və bir baş ördək aldıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05