!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xüsusi rejim şəraitində sahibkarlara dəstək necə artırıla bilər? - Deputatdan TƏKLİFLƏR

!Reklam – Yazi

“Sahibkarların, xüsusən də rayonlarda çalışan iş adamlarının güzəştli kreditlərə çıxış imkanlarının artırılmasına ehtiyac var”.

Yenicag.az xəbər verir ki, bu fikirləri məhdudlaşdırıcı tədbirlərin sahibkarlara və vətəndaşlara iqtisadi təsirlərini şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov bildirib.

Vüqar Bayramov hesab edir ki, məhdudlaşdırıcı tədbirlərin iqtisadi təsirlərinin minimallaşdırılması üçün həm sahibkarlar, həm də vətəndaşlar üçün kredit ödənişlərində güzəştlərin tətbiqinə ehtiyac var:

“Mərkəzi Bank tərəfindən banklara belə tövsiyə xarakterli müraciət edilə bilər. Kommersiya bankları tərəfindən növbəti 3 ay müddətində kredit ödənişlərində zaman güzəştinin verilməsi və yubanmalara görə cərimə və peniyaların hesablanmasının dayandırılması məqsədəuyğundur.

Bununla yanaşı, sosial təcrid tədbirlərinin həyata keçirildiyini nəzərə alsaq, onlayn ticarətin təşviq edilməsi üçün güzəştlərin tətbiqi arzuolunandır”.

Vüqar Bayramov qeyd edib ki, girov mexanizminin təkmilləşdirilməsi də zəruridir:

“Xüsusilə, rayonlarda çalışan sahibkarların girov təklif edərək güzəştli kreditdən yararlanmaqda çətinlikləri var. Banklar girov üçün paytaxtdan əmlak tələb etdikləri üçün onların bir sıra hallarda bu imkandan faydalanmaqda çətinlikləri olur.

Bu baxımdan, girov mexanizminin təkmilləşdirilməsinə və xüsusən də rayonlarda yaşayan sahibkarlar üçün daha güzəştli sistemin formalaşdırılmasına ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

1034
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv