!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xüsusi rejimin tələblərinə necə əməl olunur? – “Təhlükəsizlik tədbirləri gücləndirilməlidir”

!Reklam – Yazi

“Bazarlar, ticarət mərkəzləri və insanların kütləvi toplaşdıqları məkanlarda xüsusi təhlükəsizlik qaydaları tətbiq olunmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə koronavirus təhlükəsi ilə əlaqədar tətbiq olunan xüsusi rejimə əməl olunmasının vacibliyindən danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

Elmar Nurəliyevin sözlərinə görə, koronavirusa qarşı mübarizədə dövlət səviyyəsində bütün vacib addımlar atılıb və vətəndaşların mövcud qaydalara əməl etmələri məqsədəuyğundur:

“Vətəndaşlar mənbəyi bilinməyən məlumatlara və şayiələrə inanmamalıdırlar. Eyni zamanda, fiziki və hüquqi şəxslər, iaşə obyektlərinin rəhbərləri daxili təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər.

Operativ Qərargahla əməkdaşlıq şəraitində ticarət mərkəzləri, supermarketlər və yaşayış binalarında müəyyən qoruyucu qaydaların tətbiqi zəruridir. Nəzərə alaq ki, Operativ Qərargahın verdiyi təlimatlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında hazırlanıb”.

Gülşən Şərif

www.yenicag.az

1515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv