"Ya məndən yaxşı oxu, ya da əl çək!" – Xatirə İslamdan sənət yoldaşlarına MESAJ

media-hightechnic-468x90

“Məndən yaxşı oxuyacaqsansa, əla, oxuya bilərsən. Amma götürüb mahnını it gününə qoyacaqsansa, bu iş deyil”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “Xəzər axşamı” verilişində səsləndirib.

Sənətçi mahnılarının digər həmkarları tərəfindən ifa olunmasına münasibət bildirib. O, yaxşı ifaçılarla işinin olmadığını qeyd edib, pis oxuyanlara isə mesaj yollayıb:

“Əgər bir mahnının möhürünü kimsə vurubsa, ya ondan yaxşı oxumalısan, ya da ümumiyyətlə oxumamalı. Mən mahnımı oxumalarını sevirəm. Amma məndən yaxşı oxuyacaqsansa, problem yoxdur, oxu. Fəxr edərəm ki, mahnımı mənim ifamda sevib oxumaq istəyirsən. Amma xoş olardı ki, arada adımı da çəkəsən. Onda daha da ürəyim sərinlər. Əgər ifa gözəldirsə, əla.  Amma mənim mahnımı götürüb it gününə qoyursansa, bu, iş deyil axı”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa