“Dəvətlər alıram, amma saf-çürük edirəm. Hər dəvəti də qəbul etmirəm. Təbii ki, öz tələblərim var”.
Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov yeni seriallarda görünməməsinə münasibət bildirib.
Yenicag.az-a açıqlama verən aktyor seriallara dəvət aldığını, lakin çəkilmək istəmədiyini deyib:
“Sonuncu dəfə “Xosrov və Şirin” çoxseriyalı filmdə baş rolda oynadım. Amma ondan sonra hələ ki heç bir film və seriallarda rol almamışam. Bunun da səbəbləri var. Dəvət edirlər. Amma mən də təkliflərə baxıb dəvətləri dəyərləndirirəm. Bəzən elə layihələr olur, çəkilmək istəyirəm. Amma ya rejissor məni qane etmir, ya da təklif olunan qonorar. Mən də yaşımın, təcrübəmin bu çağında, əlbəttə ki, seçim etməliyəm. Hər təklifi qəbul etmək mənə yaraşmaz”.
Cəvahir
www.yenicag.az