Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Yaddaşlarda yaşayan Xocalı” adlı rəsm sərgisi keçirilib.
Yenicag.az apa-ya istinadən bildirir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Azərbaycan rəssamları Xocalı faciəsinə biganə qalmayıb, öz yaradıcılıqlarında bu mövzuya geniş yer veriblər: “Sərgidə 105 rəssam 123 sənət nümunəsi ilə görə gəlib. Bizim sənət adamlarımız öz daxillərində olan “faşizmə “yox”, sülhə “hə”” şüarı altında “Xocalıya ədalət” aksiyasının iştirakçısına çevriliblər. Mən bütün rəssamlara minnətdarlığımı bildirirəm və inanıram ki, onların əsərləri gün gələcək işğal altında olan torpaqlarda tikiləcək sərgi salonlarında nümayiş olunacaq”.
Azərbaycan Rəssamlar Birliyinin sədri, xalq rəssamı Fərhad Xəlilov qeyd edib ki, sərgilənən əsərlər arasında gənc rəssamların da əsərləri yer alır və onlardan ən yaxşıları müsabiqə qaydasında seçilib qiymətləndiriləcək.
www.yenicag.az