Yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Dekabrın 17-18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Lerik, Yardımlı, Cəlilabad, Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Zərdab, Mingəçevir, Goranboy, Naftalan, Göygöl, Gəncə, Samux, Şabran, Xaçmaz, Qax, Ağsu, Balakən, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, Siyəzən, Biləsuvar, Quba, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazaxda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Neftçala, Oğuz, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Xızı, Şəki, Zaqatala, Qobustan, Göyçayda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600