Yağışdan ziyan çəkənlərə kompensasiya veriləcəkmi?

media-hightechnic-468x90

Fəkakətlərdən qorunmağın yeganə yolu sığorta şirkətlərindən keçir.

Yenicag.az milli.az-a istinadla xəbər verir ki, bunu sığorta eksperti Şahin İsmayılov açıqlama verib.

O bildirib ki, bu gün Bakıda və reğionlarımızda güclü külək, qar və yağış yağmasının müəyyən fəsadları olacaq. Hələ ki, fəsadlar barədə məlumat daxil olmasa da,gün sonuna belə məlumatların olacağı şübhəsizdir:

“Hər dəfə bu kimi hallar baş verdikdən sonra, zərər görmüş vətəndaşlardan kütləvi müraciələr olur. Bir məsələyə diqqət etmək vacibdir ki, əgər təbii fəlakət olduqca böyük dağıdıcı fəsadlarla nəticələnibsə, dövlət bu məsələdə vətəndaşın yanında olur və fəlakətin nəticələrinin aradan qaldırılmasında maddi yardım göstərir. Ancaq bu hər zaman baş vermir.Vətəndaş bilməlidir ki, öz əmlakını təbii fəlakətdən qorumaq üçün müxtəlif sığorta məhsulları var və bu məhsulları almaqla hər bir vətəndaş öz əmlakını baş verə biləcək təbii fəlakətlərin nəticələrindən qoruya bilər”.

Ekspert bildirib ki, vətəndaşların yaşayış yerlərini qorumaq üçün “Daşınmaz əmlakın icbari sığortası” məhsuluna müraciət etmələri mütləqdir:

“Bu məhsul icbaridir və hər bir vətəndaş əmlakını mütləq sığortalamalıdır, sığorta məhsulunun alınmamasına görə cərimə mexanizmi tətbiq olunmalıdır. Təəsüf ki, cərimə mexanizminin tətbiq olunma şərtləri hazır olmadığına görə, vətəndaşlar bu məhsula maraq göstərmirlər və nəticədə fəlakət anında ziyanın qarşılanması üçün müxtəlif dövlət strukturlarına müraciətıər olur. Sahibkarların istifadəsində olan kommersiya və ticarət obyektləri,həmçinin kənd təsərrüfatı sahələri də təbii fəlakətlərdən ziyan görən sahələr siyahısına daxildir.

Bu fəkakətlərdən qorunmağın yeganə yolu sığorta şirkətlərindən keçir. Obyektini, mənzilini sığortslayan şəxslər son nəticədə təminat ala bilirlər. Sığortalı olmayan şəxs ələr isə dəymiş ziyanı özləri qsrşılamaq məcburiyuəti qarşısında qalırlar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600