"Yalı Çapkını"nda tamaşaçılara sürpriz: Başqa serialdan qonaq aktyorlar gəlir - FOTOLAR

media-hightechnic-468x90

Son zamanlar reytinqlərin zirvəsində olan “Yalı Çapkını” serialının yeni bölümlərində tamaşaçılar böyük sürprizlə üzləşə bilər.

Yenicag.az “Turkiyegazetesi”nə istinadən bildirir ki, Afra Saraçoğlu və Mərt Ramazan Dəmirin baş rolları canlandırdığı layihəyə başqa serialdan qonaq aktyorların gələcəyi iddia olunur.

Məlumata görə, məşhur aktyorlar Barış Falay və Selahattin Paşalı yeni yayımlanan  “Ömer” serialında həyat verdikləri Reşat və Ömər obrazları ilə “Yalı Çapkını” serialında iştirak edəcəklər.

Bu xəbər tamaşaçıların marağına səbəb olub.

Qeyd edək ki, Star TV-də yayımlanan “Yalı Çapkını” ən çox baxılan seriallardan biridir. Olmuş bir hekayə əsasında çəkilən serial reytinqdə ön sıraları tutur. Serial psixiatr Gülsərən Budayıcıoğlunun kitabı əsasında ərsəyə gəlib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa