Yanan mənzildən meyit tapılıb-Bakıda
Bakıda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 108 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən mənzillərdən birində baş verən yanğının söndürülməsinə iki yanğınsöndürən maşın cəlb edilib.
Kəşfiyyat zamanı mənzildən yanmış kişi meyiti tapılıb(apa).