Yanğın zamanı itkin düşən azyaşlı dünyasını dəyişdi

media-hightechnic-468x90

d7d70510bd0f18d3a3354d6d2c3efefdBakıda yanan binada itkin düşən azyaşlı qız dünyasını dəyişib.

Bu barədə APA-ya uşağın atası Elnur Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə, 3 yaşlı Fərəh xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

***
saat 16.46

Bakı. Hafiz Heydərov – APA. Bakıda yanan binada itkin düşən azyaşlı tapılıb.

Bu barədə APA-ya itkin düşən uşağın atası Elnur Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, 3 yaşlı Fərəh Məhərrəmova xilasedicilər tərəfindən xilas edilərək təcilli yardım həkimlərinə təhvil verilib. Təcilli Yardım briqadası uşağı Respublika Klinik Xəstəxanasına yerləşdiriblər: “Hazırda onun yanına gedirəm”.

Qeyd edək ki, yanğın baş verəndən sonra sosial şəbəkələrdə binanın azyaşlı sakini F. Məhərrəmovanın itkin düşməsi barədə məlumatlar yayılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600