!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yanğınların söndürülməsinə dəstək məsələsində ən önəmli ölkə Azərbaycandır” – Ərdoğan / VİDEO

!Reklam – Yazi

Türkiyədə meşə yanğınlarının söndürülməsində ən önəmli dəstəyi Azərbaycan göstərib.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

T.Ərdoğan qeyd edib ki, yanğınların söndürülməsi üçün 50-dən çox ölkədən və təşkilatdan dəstək göndərilib və ya təklif edilib:

“Hamısına bir daha öz adımdan və millətim adından təşəkkür etmək istəyirəm. Burada ən önəmlisi Azərbaycandır. Azərbaycan indiyə qədər təxminən 200 yanğınsöndürən göndərib. Onlar da yanğınsöndürmə helikopterləri və əsgərlərlə yanğına qarşı mübarizə aparırlar”.

O, həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə daha bir amfibiya təyyarənin Türkiyəyə göndəriləcəyini deyib.

Həmçinin, Türkiyə prezidenti son bir həftə ərzində ölkədə 187 yanğın ocağının meydana gəldiyini, onlardan 172-nin nəzarət altına alındığını qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət iki qrup və çox sayda texnika Türkiyəyə göndərilib. Bu gün səhər saatlarında isə Türkiyəyə daha 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən yola düşüb.

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv