Yanukoviç və Timoşenkonun gizli danışıqları-Fotolar
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və sabiq baş nazir Yuliya Timoşenkonun gizli danışıqlarının üstü açılıb.
Ukrayna mətbuatında Yanukoviç və Timoşenkonun prezidentlik postunun 2029-cu ilədək bir-birinə ötürülməsi ilə bağlı razılığa gəldikləri haqda sənədlər yayılıb. Sənədlər Yanukoviçin “Mejiqorya” adlı iqamətgahında axtarış aparılarkən tapılıb.
Sənəddə bildirilir:
“Viktor Yanukoviç və Yuliya Timoşenko 2009-cu ilə qədər seçkilərdə Regionlar Partiyasının və “Batkivşina”nın vahid siyahısı ilə iştirak etməlidir. Eləcə də prezidentin parlamentdə seçilməsi ilə bağlı Konstitusiyaya dəyişiklik edilməli və Viktor Yuşşenkonun impiçment məsələsi də reallaşdırılmalıdır”(anspress).