Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

YAP 22 illiyini qeyd edir

Reklam: High Technic

Aydin_Huseynov_211112Aydın Hüseynov: “YAP-ın yaradılması ulu öndərimizin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi hadisələrdən biridir”

Bu gün hakim Yeni Azərbaycan Partiyasının yaranmasından 22 il ötür. Artıq uzun müddətdir ki, bu partiya hakimiyyət olimpindədir. Təşkilat üzvlərinin sayı 650 min nəfərə qədərdir.

Yenicag.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon şöbəsinin sədri Aydın Hüseynov keçilən bu şərəfli yol barədə xoş təəssüratlarını bölüşdü: “Yeni Azərbaycan Partiyası 22 il bundan öncə, 1992-ci ilin noyabrın 21-də yaranıb. YAP-ın əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Belə bir partiyanın yaradılması ulu öndərimizin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi hadisələrdən biridir. Bu illər ərzində YAP ulu öndərimizin siyasi irsini, onun strategiyasını, qarşımızda qoyduğu fəaliyyət proqramını çox uğurla həyata keçirmiş  və keçirməkdədir. YAP artıq ümumxalq partiyasına çevrilib, beynəlxalq arenada özünə nüfuz qazanıb. Partiyamızın uğur və nüfuzunun başlıca qayələrindən biri də prezident İlham Əliyevin partiyanın sədri olmasıdır. Partiyamız ölkədə bütün əldə olunan nailiyyətlərdə yaxından iştirak edir. Onun başlıca məqsədi dövlətçilik, qanunçuluq, sosial ədalət və Azərbaycanın qüdrətli, qüvvətli olması, xalqımızın xoş, firavan yaşamasıdır. Partiyamız bundan sonra da fəaliyyətini sədrimiz İlham Əliyevin rəhbərliyi, ulu öndərimizin ideyalarının həyata keçirilməsinə sərf edəcək”.

Rüfət

www.yenicag.az

205