Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

YAP Sabirabad rayon təşkilatının VIII Konfransına hazırlıqlar davam edir

YAP Sabirabad rayon təşkilatının VIII Konfransına hazırlıqla əlaqədar ərazi İlk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.

YAP Sabirabad rayon təşkilatının VIII Konfransına hazırlıqla əlaqədar ərazi İlk partiya təşkilatlarında yanvar ayının 9-dan başlayan hesabat-seçki yığıncaqları davam edir.Növbəti hesabat-secki yığıncağı Mərkəzi Rayon Xəstəxanası ərazi ilk partiya təşkilatında keçirilib.Ərazi ilk partiya təşkilatının sədri Əziz Mikayılov hesabat seçki mərüzəsi ilə çıxış edərək YAP-ın yaranması,inkişafı,ölkənin ictimai-siyasi həyatında oynadığı roldan danışıb.
Daha sonra o,qeyd etdi ki,YAP Sabirabad rayon Mərkəzi Rayon Xəstaxanası ərazi ilk təşkilatı 2000-ci ildən təsis olunaraq ozündə 675 nəfər YAP üzvünü birləşdirir.Hesabat dövründə ərazi ilk partiya təşkilatı tərəfindən Partiyaya 327 nəfər üzv qəbul olunub.Partiya üzvləri hesabat dövründə Respublikamazda keçirilmiş bütün seçkilərdə və həmçinin Rayonun ictimai-siyasi həyatında yaxindan iştirak edərək fəallıq göstərmişdilər.

Məruzə ətrafında YAP üzvləri Yasəf Cavadov,İlkin Mirzəyev,Rafət Əliyev və Zülfiyə Musayeva çıxış edərək yaradıcısı ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının hazırda ölkənin aparıcı siyasi qüvvəsi olduğunu vurğulayıblar.Daha sonra çıxışçilar Ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edilməsini təklif ediblər.Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub.

Yığıncaqda iştirak edən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev çixiş edərək bildirib ki,Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaranan Yeni Azərbaycan Partiyası həmişə xalqimiza və dövlətəmizə sədqətlə xidmət etmişdir və bu gündə ölkəmizdə Onun ideyaları,əsasını qoyduğu siyasət uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev son illərdə səhiyyənin inkişafina göstərdiyi diqqət və qayğı təbii ki,daha aydın görünür.

Gündəlikdə duran Təşkilati məsələdə Əziz Xanlar oğlu Mikayılov yenidən Mərkəzi Rayon Xəstəxanası ərazi ilk partiya təşkilatının sədri, Yasəf Mütəllim oğlu Cavadov və İlkin Mirzəxan oğlu Mirzəyev sədrin müavinləri seçilib.Daha sonra ərazi ilk partiya təşkilatının İdarə heyəti seçildikdən sonra ,34 nəfər fəal YAP üzvü YAP Sabirabad rayontəşkilatının VIII Konfransına nüməyəndələr seçilmişdir.

Yeniçağ.az

www.yenicag.az

511