Yaponiyada daşqınlar 8 nəfər ölümünə səbəb oldu

Yaponiyanın Tiba prefekturasında güclü yağış səbəbindən azı 8 nəfər ölüb, iki nəfər itkin düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə “NHK” kanalı məlumat yayıb.

Qeyd olunub ki, sürüşmə nəticəsində 3 nəfər, çayın daşması nəticəsində isə 2 nəfər ölüb.

Bundan başqa selin apardığı avtomobilin içərisində olan üç nəfər boğularaq dünyasını dəyişib./Report/

COP29