Yaponiyada QƏRAR - 13 ölkədən giriş qaydaları sərtləşdirilir

media-hightechnic-468x90

Yaponiya hakimiyyəti bir sıra ölkələrdə müxtəlif yeni koronavirus növlərinin yayılma təhlükəsi səbəbindən 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək.

Yenicag.az xəbər verir ki, siyahıya Avstriya, Belçika, Braziliya, Almaniya, Danimarka, İtaliya, Nigeriya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya, İsveçrə, İsveç, Fransa daxil ediliblər.

Bu ölkələrdən gəlişdən sonra üç gün ərzində karantin müəssisələrində qalmaq və koronavirus testindən keçmək lazım olacaq. Nəticə mənfi çıxdıqda gələnlər evlərində daha iki həftə özünü təcrid rejimində qalacaqlar.

Tədbir 5 mart tarixindən etibarən qüvvəyə minəcək və Yaponiyaya girməzdən iki həftə əvvəl sadalanan ölkələrdə olanlara da şamil edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600