Yaponiyada və Azərbaycanda müəllimlərin MAAŞI
N.Cəfərli qeyd edib ki, Azərbaycanda məktəb müəllimlərinin sayı 140 min nəfərə yaxındır:
“Onlardan 4439 nəfərin dərs yükü həftəyə 6 saat, maaşları 150 manat, 100 minə yaxın müəllimin dərs yükü 12-18 saat, maaşları 400-600 manat, 35 561 müəllimin dərs yükü həftədə 18-24 saat , onların maaşı isə 800-1000 manat arası dəyişir. Ölkədə məktəb müəllimlərinin orta aylıq maaşı 605 manat təşkil edir. İstənilən ölkənin gələcəyinin təməli məktəbdə, təhsildə inşa edilir. Təhsil o vaxt effekt verir ki, iqtisadiyyatın tələblərini ödəsin, yəni, təhsilin əsas sifarişçisi məhz iqtisadi model olmalıdır”./Azvision.az/