!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiyada yeni hökumət formalaşdı - YENİLƏNDİ

!Reklam – Yazi

Yaponiyada əvvəlki hökumətin istefasından sonra, yeni hökumət formalaşıb. 

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlərin yeni siyahısını xüsusi mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno oxuyub.

Qeyd olunub ki, Matsuno, Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi və bir neçə məmur çərşənbə günü keçirilən kadr dəyişikliyindən sonra Fumio Kişida hökumətindəki vəzifələrini qoruyublar: “Yoshimasa Hayaşi xarici işlər naziri olaraq qalır. Maliyyə Naziri Şun’içi Suzuki, Yaponiyanın Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Naziri Tetsuo Saito və İqtisadi Bərpa Naziri Daişiro Yamaqiva, eyni zamanda startapların təşviqinə cavabdeh olan yeni yaradılmış vəzifəni tutur və bununla mübarizə üzrə qərargahlara rəhbərlik edir”.

 

*** 09:00

 

Yaponiya hökuməti əhalinin dəstəyinin azalması fonunda baş nazir Fumio Kişida tərəfindən həyata keçirilən dəyişiklikdən əvvəl çərşənbə günü tam tərkibdə istefa verib.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabinetinin fövqəladə iclasında onun bütün üzvləri müvafiq ərizələr təqdim edib və baş nazir onları qəbul edib.

Yaxın bir neçə saat ərzində Nazirlər Kabinetinin yeni tərkibi açıqlanmalıdır

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv