Ötən həftənin sonundan Yaponiyada başlayan “Hagibis” tayfunu ölkənin kənd təsərrüfatına 38,3 milyard yen (bu rəqəm hazırkı məzənnə ilə 354 milyon ABŞ dollarına bərabərdir) iqtisadi ziyan vurub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin ilkin məlumatında bildirilib.
Nazirlik çayların daşmasına və torpaq sürüşmələrinə səbəb olan güclü yağışların kənd təsərrüfatına vurduğu ziyanı qiymətləndirməyə davam etdiyindən bu rəqəmin artacağını vurğulayıb.
www.yenicag.az