Yararlılıq müddəti keçən Minsk qrupu – İrlandiyalı analitikdən ilginc DETALLAR

media-hightechnic-468x90

“Görünən odur ki, Ermənistan artıq reallığı qəbul etməyə başlayır.Çünki ATƏT-in Minsk qrupu artıq öz funksiyasını itirib. Daha dəqiq desək, Paşinyan anlayır ki, Minsk formatı Ermənistan üçün heç bir fayda daşımayıb. Əksinə, bu mexanizm münaqişənin həllinə maneəyə çevrilib, çünki son 30 ilə yaxın müddətdə heç bir irəliləyiş təmin edilməmişdi”.

Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı tarixçi, analitik Patrik Uolş deyib.

media-patrikuolsh1

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Analitikin sözlərinə görə, ATƏT-in Minsk qrupunun özü də hazırkı geosiyasi rəqabət fonunda parçalanmış vəziyyətdə idi:

“Rusiya ilə Qərb üzvləri arasındakı qarşıdurma bu formatı tamamilə iflic edib. Əvvəllər Ermənistan Qərbin təşəbbüslərini bloklamaq üçün Rusiyaya arxalana bilirdi. Amma indi İrəvan öz siyasətini Trampın təşəbbüslərinə bağladığına görə Moskvanın Paşinyandan istifadəsi qalmayıb”.

Müsahibimizin fikrincə, Minsk formatı bütövlükdə ABŞ-nin yeni dünya nizamının məhsulu idi:

“Yəni bu qurum postsovet dönəminin hegemonluq üzərində qurulmuş beynəlxalq nizamı rolunda idi. Tramp isə bu qaydalara əsaslanan nizamı faktiki olaraq ləğv edib. Onun Ukrayna və İsrail siyasəti də bunu açıq şəkildə göstərir. Beləliklə, Minsk qrupu keçmiş dünyanın məhsulu olaraq artıq “yararlılıq müddətini” çoxdan başa vurub. Paşinyan isə bunun fərqindədir və anlayır ki, bu format Ermənistan üçün heç bir gələcək daşımır”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa