Yarımfinala vəsiqə qazanan boksçumuz yarışa çıxa bilməyəcək
Superağır çəki (+91 kq) dərəcəsində yarışan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov zədə aldığı üçün Bakı-2015 Avropa Oyunlarının boks turnirini vaxtından əvvəl başa vurub.
Bu haqda məlumatı Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi yayıb.
M.Məcidov iyunun 25-də yarımfinalda Rusiya təmsilçisi Həsən Qimbətov ilə yarışmalı idi. Onun indi finalda çox asan qələbə qazanmaq şansı var.
Məşqçi Nəriman Abdullayev deyib: “Məcidov çox ciddi zədə alıb. Bu, çox pis haldır. “Bakı-2015”də onun işi başa çatdı”.
Qeyd edək ki, azərbaycanlı idmançı 1/4 finalda türkiyəli Əli Demirezenə qalib gəlib, lakin başından zədə alıb. Komandanın həkimi müayinə zamanı onun yarışlara davam etməsinin təhlükəli olduğunu deyib.