!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yas pulu” üstündə amansızcasına döyülən şəxsin görüntüləri - Foto

!Reklam – Yazi

“Əmimin yanında məni döydülər”

Yas pulu yığan gənc həmkəndlilərinin hücumuna məruz qalıb.

ARB TV xəbər verir ki, hadisə Bərdədə rayonun Dəymədağlı kəndində yaxın qohumların yas mərasiminin pulunu yığan 32 yaşlı Fikrət Əsədov həmkəndliləri tərəfindən doyulub.

Hadisəyə səbəb yas dəftərindən kənd sakini Qəhrəman Kərimov oğurluq etmək istəməsi olub. Fikrət, Qəhrəmanın bu dırnaq arası qəhrəmanlığının qarşısını almaq istəyəndə mübahisələr yaranıb. Daha sonra isə Qəhrəman Kərimovun övladları Yalçın və Bəbir qardaşları Fikrət Əsədovu kənddən kənara əkin sahəsinin yaxınlığına apararaq küt alətlə ona ağır bədən xəsarətləri yetiriblər.

Fikrət Əsədov – zərərçəkmiş: “Evdən məni və qardaşımı çağırıblar. Kərimov Yalçın deyib ki, gedək qardaşım gəlib söhbət edəcək. Orada qardaşını gözləmişik. Kənddə meşədə söhbətləşmişik. Qardaşı da gəlib, ondan sonra əmimi çağırıblar. Əmimin yanında başladılar məni döyməyə. Bilsəm ki, məni vuracaqlar, özümü müdafiə edərdim”.

Hakim Hüseynov – Zərərçəkənin qayınatası: “Mənə zəng edib dedilər ki, kənd sakinləri aparıb döyüblər. Dedim nə məsələdir? Dedi ki, atası yas yerində dəftərdən pul götürəndə, əlini qoyub ki, olmaz, yas yeridir. Bu da gedib oğlanlarına deyib, gəlib evdən götürüb aparıblar. Əmisini də heç saymayıblar. Vurublar, başından travma alıb”.

Hazırda Travmatalogiya şöbəsində olan Fikrət əsədovun vəziyyətini həkimlər orta ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
Yeniçağ.az

www.yenicag.az

859
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv